Sərnişin qatarında yanğın –

Qaz partladı, 10 nəfər öldü (FOTO)
31 Oktyabr 2019 - 09:22

Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb, daha 15 nəfər isə ağır yaralanıb.

Yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında ölü sayının artacağını istisna etməyib: “10 nəfərin ölümü təsdiqlənib, lakin bu sayın artacağı istisna olunmur”.

Məlumata görə, qatar Pəncab əyalətinin cənub hissəsinə yola düşərkən yanğın baş verib. Qaz balonunun partlaması nəticəsində meydana gələn alov qatarın üç vaqonunu külə çevirib. (Trend)