Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endirilir?

- Saziş imzalana bilər
16 Noyabr 2019 - 12:15

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən iclas Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycan tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı ölkənin Litvadakı səfiri iştirak edib.