Şərqi Azərbaycan vilayətinin valisi:“Bütün məktəblərdə ana dili tədris olunacaq”

Bu ilin yeni dərs ilindən başlanaraq İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin bütün orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi dərs ilinin başlanmasına həsr olunan müşavirədə deyib. O bildirib ki, fars dili İranda milli birliyin simvolu və ümumi ünsiyyət dilidir. Lakin bununla yanaşı, İranın konstitusiyasında xalqlara ana dilində təhsil almaq hüququ da verilib. Vali deyib ki, Azərbaycan dilinin tədrisi bəzi neqativ söz-söhbətlərə də son qoyacaq.

Purməhəmmədi qeyd edib ki, tədris üçün dərs proqramı və dərsliklər artıq hazırlanaraq məktəblərə verilib.

Xatırladaq ki, İranda dərs ili sentyabrın 20 –də başlayır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ötən il 16 yaşlı qadınlar tərəfindən 545 körpə doğulub

Sonrakı məqalə

Səudiyyə Ərəbistanı neft ixracatını əvvəlki səviyyədə bərpa edib