Səudiyyə Ərəbistanı Kralı və vəliəhdi Prezident İlham Əliyevə başsağlığı veriblər

676d3a3f13558676d3a3f135591735211583676d3a3f13556676d3a3f13557

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı veriblər.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.

“Bütün həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhumlara rəhmət, ailələrinə səbir və yaralılara şəfa diləyirik”, – başsağlığında vurğulanıb.