“Tövbə etsələr, qəbul etməliyik”- Patriarx Kiril Rusiyadan gedənlərdən danışdı

“Müharibə başlayandan sonra ideoloji səbəblərə görə ölkəni tərk edən insanlar həqiqətən səhv etdiklərini anlayıb qayıtdıqları təqdirdə, onları rədd etməyə ehtiyac yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Moskva və bütün Rusiyanın Patriarxı Kiril deyib.

“Günah etmiş şəxs tövbə hissi ilə gələrsə, səhv etdiyini başa düşərək qayıdarsa, Vətən onları rədd edə bilməz. Hətta hardasa ölkənin əleyhinə danışıbsa belə”, – o bildirib.

Patriarx belə şəxslərlə bağlı xristianların müqəddəs kitabı “İncil”dən misal çəkib: “Onların arasında səhv edən, qorxan və ya daha rahat həyat tapmağa çalışan, lakin bu yolda uğursuzluğa düçar olan ləyaqətli insanlar var. Əgər tövbə edərək evlərinə qayıtsalar, atanın işi onları qəbul etməkdir”.

Azpost.info

 

Əvvəlki məqalə

“Avropa İttifaqı öz ordusunu yaratmalıdır”

Sonrakı məqalə

Aygün Bəylərin cənazəsi Vətənə gətirilib –