Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Sədərək”dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

User 25 Avqust 2025 - 10:32 (Last updated: 25 Avqust 2025 - 10:32)
sederek yan
Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib.
Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
Deputat Vüqar Bayramov bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir. Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.
Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər.
Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar.
Bütün bunlar ilə yanaşı, “Sədərək” ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var. Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.
Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər.

AzPost.az

Post navigation

Previous: “Sədərək”də yanğın bir gün sonra tam məhdudlaşdırıldı
Next: Pirəkəşkul və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda

User 06 Noyabr 2026 - 12:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz...
Read more about Prezident və birinci xanım Cəbrayılda
Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.