“Səfərbərliyə 318 min nəfər cəlb edilib, könüllülərin axını dayanmır”- Rusiya prezidenti

“Qismən səfərbərlik zamanı 318 min nəfər hərbi xidmətə çağırılıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinə könüllülərin axını dayanmır. Buna görə də səfərbər olunanların sayı ilkin olaraq müəyyən edilmiş həddi keçib.

Putin həmçinin qeyd edib ki, səfərbər olunanlardan 49 min nəfəri artıq döyüş tapşırıqlarını yerinə yetirir.

Azpost.info

Əvvəlki məqalə

“Mariupol qədim rus şəhəridir”

Sonrakı məqalə

Məşhur amerikalı yazıçı Ukraynaya gəlir