Səfir ölkəsinə geri çağırıldı- Kitab oğurluğuna görə

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayres şəhərindəki mağazadan kitab oğurlamaq barədə ittihamlar səbəbindən geri çağırıb.

Latın Amerikası ölkəsinin Xarici İşlər naziri Marselo Ebrard bu barədə özünün “Twitter” səhifəsində yazıb. 76 yaşlı diplomat Cakomo Kazanovanın bioqrafiyasını qəzetə bükərək oğurlamağa cəhd etdiyi zaman “Ateneo” kitab mağazasının nəzarət kamerasına düşüb. Səfir mağazanın çıxışında mühafizəçilər tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb. O, şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxılıb.

“Əgər videoyazının həqiqi olduğu təsdiqlənsə, səfir dərhal işdən çıxarılacaq. Belə davranış əsla yolverilməzdir”, – deyə Marselo Ebrard bildirib.

Oskar Rikardo Valero Argentinadakı səfir səlahiyyətlərinin icrasına bu il avqust ayının ikinci yarısında başlayıb. Onun mağazadan çıxarmağa çalışdığı kitabın qiyməti 750 Argentina pesosu (12 dollara yaxın) təşkil edir(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş nazirin müavini Azərbaycanda olan rus pulunun miqdarını açıqladı

Sonrakı məqalə

Buraxılmış parlamentin sonuncu fəal deputatları –