Şəhid məzarına qoyulmuş Azərbaycan bayrağına hörmətsizlik –FOTO

2016-cı ildə baş tutan Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmiş Əbdülməcid Axundovun və Rəşid Baxşəliyevin məzarı yanındakı Azərbaycan bayrağı naməlum şəraitdə asıldığı dirəkdən çıxarılaraq, kənara atılıb.

Bununla bağlı Oxu.az-a Ə.Axundovun anası Ceyran Həsənova məlumat verib.

Onun sözlərinə görə, bu, ilk hal deyil: “Dəfələrlə bu kimi hallarla qarşılaşmışıq. Bu gün səhər də oxşar mənzərənin şahidi olduq. Dirəklər yerindən çıxarılıb, bu zaman şəhidlərimizin qəbirləri də zədələnib, bayraqlar isə yerə atılıb. Polisə müraciət etmişik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlandı

Sonrakı məqalə

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu