Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Şəhidlər Xiyabanında qeyri-etik hərəkət edən şəxs Səudiyyə DİN-də təhqiqatçıdır-

User 27 Noyabr 2025 - 16:30 (Last updated: 27 Noyabr 2025 - 16:30)
ereb sehid video

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AzPost APA -ya istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı olaraq çalışıb, Alghabr Mahdi Mohammad özəl şirkətdə operator olub, Alzaman Mahdi Ali isə çalışdığı özəl şirkət tərəfindən Səudiyyə Ərəbistan Krallığında DİN-ə mühafizəçi göndərilib.

Onlar məhkəməyə müraciət ünvanlayaraq, olduqları yerin önəmini anlamadıqlarını, öz ölkələrində xiyabanın başqa tərzdə olduğunu söyləyiblər. İttiham edilən şəxslər etdikləri hərəkətə görə Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyiblər.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda qızıl çıxaran Britaniya şirkəti satışa çıxarılır
Next: Həkim artıq çəki ilə mübarizə üçün sadə qaydanı açıqladı

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.