Şəhriyar Məmmədyarov hindistanlı rəqibini məğlub edib-“Tata Steel Masters"

Yanvarın 23-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda Rameşbabu Praqnanandhaya (Hindistan) qarşı mübarizə aparıb. Ağ fiqurlarla oynayan şahmatçımız 46-cı gedişdə rəqibini məğlub edib.

Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla norveçli Maqnus Karlsenlə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib

Sonrakı məqalə

Ermənistan prezidenti niyə istefa verdi?