Səliqəsiz geyimli və paltarı pis qoxu verən sərnişinlər metroya buraxmayacaqlar

157146693536090186_1000x669

Kiyev Şəhər Şurası metropolitendən istifadəyə dair yeni qaydalar paketi hazırlayıb.

Azərtac Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, paltarı çirkli olan və ya pis qoxu verən, qismən çılpaq, eləcə də “səliqəsiz” geyimli sərnişinlərin metroya daxil olması qadağan ediləcək.

Qəfəsdə və ya konteynerdə olmayan heyvanları (bələdçi itlərdən başqa), velosipedləri metroda aparmaq, metroda mahnı oxumaq və musiqi alətlərində ifa etmək də yolverilməz olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir