Şəmkirdə sürücü sükan arxasında infarkt keçirdi- Maşını ağaca çırpdı

Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.

APA-nı yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün baş verib.

Rayon sakini, 1938-ci il təvəllüdlü Hüseynov Fərman Qələndər oğlu özünə məxsus “VASZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil ağaca çırpılıb.

Sürücünün ürək tutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyanın ən bahalı daşınmaz əmlak bazarı olan şəhərlər

Sonrakı məqalə

Bu il 11-ci sinfi 80 mindən artıq şagird bitirir