Şəmkirdə yük maşını Türkiyədən gələn avtobusla toqquşub –Bir nəfər ölüb, 15 yaralı var  

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub. 

Hadisə Bakı- Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHAGMAN” markalı yük maşınına çırpılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda şənbə günü hava yağmursuz olacaq –

Sonrakı məqalə

Nursultan Nazarbayev Putinlə görüşmək üçün Moskvaya gəlib