Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb

Şəmkirdə yük qatarı qadını vurub.

Hadisə rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.

Həmin ərazidən keçən elektrovoza qoşulmuş yük qatarı Qazax istiqamətində olan zaman Zəyəm qəsəbə sakini, 1984-cü il təvəllüdlü Xəyalə Şərifovanı vurub. Nəticədə X. Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci( yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə XİN ABŞ Senatının qərarını “təxribat” adlandırdı

Sonrakı məqalə

AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı