“Şərait yaranan kimi Rusiya sülhməramlılarını Dnestryanıdan çıxaracağıq” –PUTİN

“Qırğızıstanda baş verənlər ilk deyil. Bu bu günün nəticəsi deyil, bu, öz yolunu axtarmağın nəticəsidir”.

Bunu illik mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin MDB məkanında baş verən hadisələr fonunda ölkəsinin Birlik ölkələrindən kimisə itirməkdən qorxurmu sualına cavabında deyib.

“O ki, qaldı Moldovaya, biz Dnestryanıdan Rusiya sülhməramlıları qüvvələrini çıxarmağın tərəfdarıyıq. Bunun üçün şəraitin yaranmasını gözləyirik. Şərait yaranan kimi bu addım atılacaq. Biz keçmiş prezident Voroninlə bu barədə anlaşmışdıq. Lakin bu, baş vermədi. İndi prezident Maya Sandu deyir ki, Rusiya sülhməramlıları Dnestryanıdan çıxarılmalıdır. Sandu Rumıniya vətəndaşıdır. Qərb ölkələri də Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmalı olduğunu deyirlər”, – deyə Rusiya Prezidenti qeyd edib.

Belarusdakı hadisələrdən də danışan Putin bu ölkədə baş verənlərə xaricdən dəstək olduğunu xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyan 10 günə ödəniləcək

Sonrakı məqalə

“Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verdiyini düşünmürəm” –