Səbail rayonunda 370 metr su xətti yenisi ilə əvəzlənib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeliyində olan “Sutikinti” MMC Bakının Səbail rayonunda növbəti layihə icra edib.

Bu barədə  ADSEA-dan bildirilib.

Qeyd edilib ki, layihə mövcud su şəbəkəsinin yenilənməsi, istismar müddətini başa vurmuş xətlərin əvəzlənməsi və xidmət keyfiyyətinin artırılmasına yönəlib.

Səbail rayonu, Teymur Elçin küçəsində su xətti diametri 114 millimetr, uzunluğu 370 metr polad borularla əvəzlənərək istismara verilib. Ərazidə yerləşən binaların su şəbəkəsinə 70 metr uzunluğunda 18 birləşmə qoşulub.

Təhlükəsizlik və dayanıqlığın artırılması məqsədilə 2 yanğın hidrantının yeri dəyişdirilib, 3 siyirtmə, 2 havaburaxıcı qurğu quraşdırılıb. Bütün işlər müasir texniki norma və tələblərə uyğun icra olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.