Səfərbərlik üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib.
Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar, həmin idarənin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin zabiti Şamil Alıyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Şamil Alıyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.
Əliyev Etibar və Şamil Alıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci maddə, Araz Kərimliyə isə 311.1-ci maddə ilə ittiham irəli sürülüb. /APA/
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...