Saakaşvili Baş prokurorun müavini təyin olunan azərbaycanlı haqqında:

“Gündüz çox təmiz adamdır…”
20 Oktyabr 2019 - 14:30

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.

O öz fikrini Facebook səhifəsində paylaşıb.

“Daha bir doğru təyinat. Gündüz mənim vaxtımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, – deyə M.Saakaşvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib. (virtualaz.org)