“Saakaşvilinin əfvi Gürcüstanda vəziyyəti pisləşdirəcək” –Prezident Salome Zurabişvili

“Eks-prezident Mixeil Saakaşvilinin əfvi Gürcüstandakı vəziyyəti yalnız pisləşdirəcək”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili jurnalistlərlə görüşdə deyib.

“Əminəm ki, Saakaşvilinin əfv edilməsi Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq”, – dövlət başçısı qeyd edib.

S.Zurabişvilinin sözlərinə görə, sabiq prezidentin Gürüstana dönməsi qütbləşməyə aparan addımlardan biri olub: “Mən əlavə qütbləşməyə gətirib çıxaracaq heç nə etməyəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Türkiyəyə qaz nəqlini bərpa edib

Sonrakı məqalə

Bakı və Quba sakinləri “Azərlotereya”da 100 min manat udublar