Saakaşvilinin növbəti məhkəmə prosesi başlanıb

saakavili mehkemde

Bu gün Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

Sabiq prezident artıq Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

Mixail Saakaşvilinin ailə üzvləri və partiya üzrə tərəfdaşları da məhkəməyə gəlib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin təqsirləndirildiyi vəsaitlərin mənimsənilməsi işinə baxılacaq. Saakaşvilinin vəkili Şota Tutberidzenin sözlərinə görə, gürcü siyasətçi bu gün məhkəmədə çıxış edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir