Sabah hava necə olacaq?- PROQNOZ

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gün ərzində arabir yağıntılı olacağı, gündüz bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə və gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Əvvəlki məqalə

Yanğından yarım saat əvvəl doğulan üçəmlərin atası –

Sonrakı məqalə

Elza canlı efirdə Flora Kərimova ilə dalaşdı –