Sabah Rusiyada MDB dövlət başçılarının görüşü olacaq –Putinin ad gündür

Oktyabrın 7-də Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, MDB liderləri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“Sabah prezident Sankt-Peterburqda işləyəcək… Bir sıra beynəlxalq telefon danışıqları olacaq. Günorta prezidentin MDB dövlət başçıları ilə qeyri-rəsmi görüşü planlaşdırılır”, – Peskov qeyd edib.

Oktyabrın 7-də Putinin 70 yaşı tamam olur.

Azpost.info

 

 

 

 

Əvvəlki məqalə

Polkovnik Elnur Məmmədov həbs edilib

Sonrakı məqalə

Araz Əlizadə dəfn edilib – FOTO