Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
İclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.
İclas sabah saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.