Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sabaha olan hava proqnozu

User 05 Oktyabr 2025 - 18:32 (Last updated: 05 Oktyabr 2025 - 18:32)
Hava

Hava

Azərbaycanda oktyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 19-23° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 23-28° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacağı ehtimal edilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacağı ehtimalı var.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 19-24° isti, dağlarda gecə 8-11°, gündüz 15-19° isti olacağı proqnozlaşdırılır.

AzPost.az

Post navigation

Previous: Türkiyənin ən zəngin insanları kimlərdir? –
Next: “Yaxın Şərqdə sülh danışıqlarında mühüm addımlar atılır” –

Oxşar xəbərlər

rusvet korup
  • Sosial

Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı

User 02 Noyabr 2026 - 15:17
veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirilib

User 02 Noyabr 2026 - 14:28
1704954558_telebe1
  • Sosial

Ali məktəb və kolleclərdə vahid geyim nəzərdə tutulmur

User 02 Noyabr 2026 - 13:31

xƏBƏR

mqer qriqoryan
  • Dünya

“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan

User 02 Noyabr 2026 - 15:42
Ermənistan TRIPP layihəsi çərçivəsində Zəngəzurda, Sünik vilayətində dövlətlərarası avtomobil yolu, elektrik verilişi xətti və dəmir yolunun layihələndirilməsi...
Read more about “Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan
NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi nasa01
  • Maraqlı

NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi

User 02 Noyabr 2026 - 15:29
Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı rusvet korup
  • Sosial

Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı

User 02 Noyabr 2026 - 15:17
Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
“Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun hesab edirik” – KREML putin
  • Dünya

“Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun hesab edirik” – KREML

User 02 Noyabr 2026 - 14:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.