Sabahdan Almatıda terror təhlükəsi səviyyəsi ləğv olunacaq

qazax almatı aksiya

Sabahdan Almatıda terror təhlükəsi ilə bağlı yüksək – “narıncı” səviyyə ləğv olunacaq.

Bu barədə Almatı şəhər Terrorizmlə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, şəhərdə vəziyyətin stabilləşməsi ilə əlaqədar belə bir qərar qəbul olunub. Beləliklə, 7 fevral saat 00.00-dan Almatıda “narıncı” terror təhlükəsi səviyyəsi ləğv olunacaq. Bununla belə, hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir