Sabahdan bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq- Xəbərdarlıq

Bakı şəhəri, Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti 29 noyabr tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Bu barədə Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MİLLİ MƏCLİS BURAXILDI –

Sonrakı məqalə

Bu il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin ümumi dəyəri 188 mln. dollara yaxın olub