Sabahdan bu zolağa girənlər cərimələnəcək –Sürücülərin NƏZƏRİNƏ /VİDEO

Artıq uzun müddətdir ki, paytaxtın küçə və prospektlərində COP29 tədbiri üçün nəzərdə tutulan zolaqlar ayrılmışdı.

Bakının bir sıra küçələrində COP29 beynəlxalq konfransının iştirakçılarının ölkə yollarında rahat hərəkətini təmin etmək üçün ayrılan zolaqlara digər nəqliyyat vasitələrinin girməsinə icazə evrilmişdi.

Həmin icazənin müddəti bu gün bitir. Mövzu ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli açıqlamasında bildirib ki, zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

“Bildiyiniz kimi, COP29 tədbiri ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində xüsusi zolaqlar təşkil edilib. Sabahdan etibarən həmin zolağa ümumi istifadədə olan nəqliyyat vasitələri istisna olmaqla, zolağa daxil olan digər sürüclər barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə uyğun olaraq 2 cərimə balı və 100 manat məbləğində cərimə tərtib ediləcək”.

Bölmə rəisi sonda sürücülərə zolağa girməməyi tövsiyyə edib.

 

Əvvəlki məqalə

Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub

Sonrakı məqalə

Buraxılış imtahanlarının nə vaxt elan ediləcək?