Sabiq baş prokurorun dəbdəbəli evi satışa çıxarılıb- 1 milyon dollara (FOTO)

Özbəkistanın sabiq baş prokuroru Rəşid Kadırovun paytaxtın Mirzə-Uluqbəy rayonundakı dəbdəbəli evi hərrac yolu ilə satışa çıxarılıb.

Azərtac xəbər verir ki, mülkün ilkin dəyəri 1 milyon dollar məbləğində qiymətləndirilib.

Xatırladırıq ki, sabiq baş prokuror bu ilin yayında rüşvət alma, korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Rəşid Kadırov 15 il Özbəkistanın Baş prokuroru olub, 2018-ci ilin fevralında həbs edilib. İstintaq müəyyən edib ki, Rəşid Kadırov ölkə iqtisadiyyatına 500 milyon dollar həcmində ziyan vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İzmirdə FETO əməliyyatı:

Sonrakı məqalə

Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb