Sabiq deputat Gültəkin Hacıbəyli sərbəst buraxılıb

Gültəkin Hacıbəyli sərbəst buraxılıb.

Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, dünən Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.

Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.