Sabiq deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb

Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb. 
Azpost.info Yenisabah.az-a istinadən xəbər verir ki, çağırış keçmiş deputatın adı keçən “borc qalmaqalı” ilə bağlıdır. İddia olunur ki, Rafael Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyyə edilib.
Rafael Cəbrayılovun 300 min ABŞ  dolları borclu olduğu Təranə Fətəliyeva isə Yenisabah.az-a keçmiş deputatın prokurorluğa çağırılması barədə məlumatsız olduğunu deyib. “Onun prokurorluğuna çağırılıb-çağırılmadığını bilmirəm. Amma mənə bu həftənin üçüncü gününə borcu qaytaracağını söz vermişdi. Artıq iki gün keçib. Əgər qaytarmasa, mən özüm prokurorluğa müraciət edəcəm”, -deyə Təranə Fətəliyeva bildirib.
O, digər borcluların da hələ pullarını geri almadığını deyib.
Rafael Cəbrayılovun özü ilə isə danışmaq mümkün olmayıb.
Xatırladaq ki, keçmiş deputat bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Pulu qaytaracağına zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Lakin borcu vəd etdiyi vaxtda qaytara bilməyib. Eyni zamanda zərərçəkənləri təzyiq edib. Onlar da öz növbələrində məsələni ictimailəşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina barədə Milli Məclisə müraciət edib. Rafael Cəbrayılovun müraciəti baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərlib. MSK-nın qərarı ilə Rafael Cəbrayılovun mandatı ləğv olunub. Bununla o, toxunulmazlıq hüququnu da itirib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suriyada daha iki türk əsgəri şəhid olub

Sonrakı məqalə

Meral Akşener Elçibəyin qardaşı oğlunu qəbul edib: