Sabiq vitse -prezident Bayden Trampın qovulmasını tələb etdi:“Milləti satıb!”

ABŞ-ın sabiq vitse –prezidenti Co Bayden ilk dəfə olaraq prezident Trampa qarşı aparılan impiçment prosesinə münasibətini açıqlayıb və prosesi dəstəkləyib.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.  Bayden Trampı andiçməni pozmaqda və “Konstitusiyada deşiklər” açmağa cəhddə ittiham edib.  O, deyib ki, prezident buna görə, məsuliyyətə cəlb olunmalıdır.

Nyu-Hempşir ştatında öz tərəfdarları qarşısında çıxış edərkən Bayden deyib ki, Tramp 2017-ci ildə inauqurasiyadakı andını pozub. “O, bu milləti satıb və mübahisəli əməllər törədib”.

Bayden bildirib ki, demokratiyanı, Konstitusiyanı qorumaq üçün Tramp məsuliyyətə cəlb olunmalıdır: “Amerika tarixində heç bir prezident özünü belə aparmağa cürət etməyib”.

Qeyd edək ki, Co Bayden 2020-ci il seçkilərində Trampın rəqibi olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk ordusu Suriyaya daxil oldu –

Sonrakı məqalə

Əcnəbilərlə ailə quran azərbaycanlıların sayı azalır –