Sabir Rüstəmxanlıdan BP-yə ittiham:

“BP Abşeronda zəhərli maddələrdən istifadə edir, məqsəd nədir?”
21 Sentyabr 2019 - 22:08

“Britaniyanın BP şirkəti Abşeron rayonunun Şonqar kəndində zəhərli maddələrdən istifadə edir və o əraziyə üfunət iyindən yaxın durmaq olmur”.

Azpost.info bildirir ki, bu sözləri xalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı Ayna-ya açıqlamasında deyib. Onun sözlərinə görə, o kəndlərdə hava o dərəcədə korlanıb ki, sakinlər şəxsi təsərrüfatlarından da istifadə edə bilmirlər: “Bu hadisə Bakının ekologiyasına son dərəcə ciddi ziyan vurub. Lakin heç kim o şirkətdən soruşmur ki, Azərbaycana hansı müqavilə ilə gəlib, niyə gəlib, məqsədləri nədir, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”

Sabiq millət vəkili xarici neft şirkətlərinin Azərbayacana olan belə  münasibətindən narazılıq edib: “Bəzi neft şirkətləri Azərbaycanın maraqlarını nəzərə almırlar”.