Sabir Rüstəmxanlının deputatlığa namizədliyi təsdiq olunub

05 Yanvar 2020 - 20:07

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlının deputatlığa namizədliyi təsdiq olunub.

Azpost.info bildirir ki, bu barədə şair özü məlumat verib.

S.Rüstəmxanlı 61 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüb. “Bu gün Qeydiyyat vəsiqəsini aldım. Mənə yardımçı olan və namizədliyim üçün imzalarını əsirgəməyən bütün neftçalalıra dərin təşəkkürümü bildirirəm. İnanıram ki, onlar seçki günü də eyni fəallıgı nümayiş etdirəcəklər”-deyə VHP sədri vurğulayıb.