Sabir Rüstəmxanlının deputatlığa namizədliyi təsdiq olunub

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlının deputatlığa namizədliyi təsdiq olunub.

Azpost.info bildirir ki, bu barədə şair özü məlumat verib.

S.Rüstəmxanlı 61 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüb. “Bu gün Qeydiyyat vəsiqəsini aldım. Mənə yardımçı olan və namizədliyim üçün imzalarını əsirgəməyən bütün neftçalalıra dərin təşəkkürümü bildirirəm. İnanıram ki, onlar seçki günü də eyni fəallıgı nümayiş etdirəcəklər”-deyə VHP sədri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İraq parlamentindən gözlənilməz qərar-

Sonrakı məqalə

“Eşşək əti zərərli ət deyil, yemək olar” –