Şadlıq sarayında kütləvi zəhərlənmə-

Bəy və gəlinin halı pisləşdi
18 Noyabr 2019 - 10:06
Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb.
Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub.
Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub.
Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb.