Sağ qalan bələdçi:"Salonunda qaz balonunun partlaması yalandır"

Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır”.

Bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.

O qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.

“Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır”, deyə o bildirib.

Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.

Qeyd edək ki, AZAL-ın qəzaya uğramış təyyarəsinin salonunda qaz balonunun partlaması barədə Rusiya və digər ölkələrin informasiya resurslarında versiyalar səsləndirilir.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Əvvəlki məqalə

Ukrayna ordusunun əsir götürdüyü Şimali Koreya əsgəri ölüb

Sonrakı məqalə

Qəzadan sağ çıxan ekipaj üzvünün MÜSAHİBƏSİ –