Şagirdlər arasında zehni oyunlarla bağlı sorğu keçirilib –FOTOLAR

“Oriqami“ Uşaq və Yeniyetmələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq  02 oktyabr 2024-cü il ildə  Sabunçu rayonu Bilgəh qəsəbəsi  T.İsgəndərov adına  142 № li tam orta məktəbdə, layihə çərçivəsində , pedaqoji heyətin üzvlərinin iştirakı ilə  təqdimat və 20 nəfər (10 oğlan 10 nəfər qız)  arasında  Anket-Sorğusu keçirilib.

02.10.2024-cü il saat 11-00 – da könüllülük prinsipi əsasında, şəxsi həvəs və maraqlarına uyğun olaraq, məktəbin bir qrup  VI,VII,VIII və IX sinif şagirdlərindən ibarət qrup məktəbin müəllimlər otağında toplaşıblar. Layihənin rəhbəri N.Nəcəfov şagirdlərə  layihə barədə məlumat verdi və Anket Sorğusunun keçirilməsi ilə əlaqədar olaraq məktəblilərin suallarını cavablandırdı.

O, hər bir məktəblimim davamlı inkişafına müsbət təsir göstərən  zehni oyunlardan dama, domino, şahmat,müxtəlif konstruksiyaların qurulması, pazlıların köməyi ilə müəyyən təsvirin toplanmasından danışdı, şagirdləri layihənin icrasına qoşulmağa çağırdı. Sonra oğlan və qızların birgə iştirakı ilə məktəbin İctimai Lövhəsində layihənin çap məhsulu olan rəngli, loqolu Poster umumi baxış üçün vuruldu. Asudə vaxtı səmərəli qurmaq, dama, domino, şahmatla məşğul olmaq, pazlı quraşdırmaq və s.i. məktəblilərə diqqəti olmaqla yanaşı həm də ilkin təhlil etmə bacarıqlarını öyrədir. Sonra  layihənin fokus qrupuna – 20 şagirdə, qələm və  loqolu Anket-Sorğusu vərəqləri paylanildı.Şagirdlər 20 dəqiqə ərzində  Sorğuya  cavab verdilər.

T.İsgəndərov adına  142 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin təqdimatında məktəbin direktor əvəzi T.Mahmudova, T/t işi üzrə müavin Ş.Əmirova,UBTR M.Ağayeva, F/t tərbiyə müəllimi S.Mehdiquliyev,  psixoloq G.Hüseynova, sosial pedaqoq R.Quliyeva  və digər müəllimlər iştirak edirdilər. Layihə rəhbəri N.Nəcəfov pedaqoji heyətə layihənin məqsədi,əhatə dairəsi, şagirdlərdən bir qrupunun rəğbətləndirilməsi barədə ətraflı məlumat verdi və hədiyyələri nümayiş etdirdi. Məktəbin direktor əvəzi T.Mahmudova, F/t müəllimi S.Mehdiquliyev, psixoloq G.Hüseynova çıxış edərək,şagirdlərin intellektinin inkişafı məqsədi ilə bu qəbildən olan layihələri müsbət qiymətləndirdilər.

“Oriqami” təşkilatı tərəfindən həriki tədbirdə foto-video çəkilişi təşkil olunub və KİV üçün məlumat hazıtlanıb.

Əvvəlki məqalə

Paşinyan Kərki kəndinin qaytarılması məsələsinə münasibət bildirib

Sonrakı məqalə

“Siyasətimiz Azərbaycanla münasibətlərin tənzimlənməsinə yönəlib” –