“Şahın ailə üzvləri İran əleyhinə təbliğata maliyyə dəstəyi göstərirlər”- Səfirdən maraqlı açıqlama

İranın devrilmiş şahının ailə üzvləri Böyük Britaniyada fəaliyyət göstərən “Manoto” televiziyasını İran əleyhinə təbliğat aparması üçün maliyyələşdirirlər.

Bu sözləri İranın Böyük Britaniyadakı səfiri Həmid Bayenecad şəxsi “Twitter” hesabında yazıb.

O bildirib ki, İran şahının ailə üzvləri hakimiyyətdə olduqları vaxt xalqın pulunu oğurlayaraq ölkədən qaçıblar. İndi ailə üzvləri həmin pulları İranın əleyhinə xərcləyirlər.

Onlar “Manoto” televiziyasını maliyyələşdirərək, onu müflis olmaqdan xilas ediblər və bununla da Pəhləvi ailəsinin üzvləri telekanala sahib oldular. Hazırda bu televiziya İrana qarşı geniş təbliğat aparır(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Uğurun sirri ağıllı dostlar qazanmaq bacarığındadır”, –

Sonrakı məqalə

İndoneziyanın səfiri Lənkəran Universitetində olub –