Prezident Şahin Mustafayevi Baş Nazirin müavini təyin etdi

22.10.2019 · 16:29 · Baş Yazı

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

Azpost.info xəbər verir ki, Prezidentin digər sərəncamı ilə, o, Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin olunub.