Şahruk Xan Azərbaycana salam göndərdi –VİDEO

Dünya şöhrətli hind aktyoru, Bollivud kralı Şahruk Xan Dubayda dünyanın hər yerindən pərəstişkarlarını bir araya toplayıb.

Onların arasında kumirləri ilə görüşməyi səbirsizliklə gözləyən Azərbaycandan olan pərəstişkarları da olub.

Aktyor Azərbaycandan olan pərəstişkarlarının olduğunu görüb. Tamaşaçıların arasında Azərbaycandan olan iştirakçıların olduğunu görən Şahruk Xan “Azərbaycana salamlar!” deyə jestlə salamlarını çatdırıb.

Bu sözlər azərbaycanlı pərəstişkarları arasında emosiyaları coşdurub.

Şahrux Xan Azərbaycandan olan pərəstişkarlarına səmimi təşəkkürünü nümayiş etdirib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.