Salyanda ağır qəza –

Ailənin 2 üzvü öldü, 3-ü yaralandı (FOTO)
21 Dekabr 2019 - 19:47

Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb. “Mitsubishi” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində maşında olan bir ailənin 5 üzvü – Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Z.Məmmədova və T. Məmmədova xəstəxanada ölüblər. (APA)

Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 / 3