Şamaxıda 5 bal gücündə zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib. Yeraltı təkanın dərinliyi 10 km-dir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb. Bu barədə FHN-dən məlumat verilib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

AzPost.az