Şamaxıda yük maşını 45 metr hündürlükdən dərəyə aşıb –FOTO

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

hadisə bu gün axşam saat 18:00 radələrində Şamaxı-Çöl Göylər avtomobil yolunda qeydə alınıb. Xaçmaz sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü T. Musayev 20 metr kənarda ağır vəziyyətdə tapılıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir