Şamaxıdakı  evlərə dəymiş ziyana görə 2 milyon manat ayrıldı –SƏRƏNCAM  

Prezident İlham Əliyev “Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda daha bir milyarder partiyaya yaradır –

Sonrakı məqalə