Samir Şərifov Jak Şirakın dəfninə gedib

30 Sentyabr 2019 - 16:03

Azərbaycanın Maliyyə naziri Samir Şərifov Fransanın sabiq prezidenti Jak Şirakın vida mərasimində iştirak etmək üçün Parisə gedib. 

Sabiq prezident Jak Şirakla vida mərasimi Parisdəki Sent-Sulpis kilsəsində keçirilir.

Vida mərasiminə bir sıra ölkələrdən nümayəndə heyətləri qatılıb.