Samux Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub- Nazir əmr imzaladı

Samux Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Cavid Məmmədov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, C.Məmmədov bundan əvvəl Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib

Sonrakı məqalə

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşü təxirə düşdü