Saniyədə bir metr yeriyə bilən yaşlılar çox yaşayacaq  –Yapon alimləri

Yaponiya herontoloqları 70 yaşında gümrah gəzənlərin 80 yaşa kimi yaşamağa 100 faizlik şansının olduğu qənaətinə gəliblər.

Yaponiya alimləri 1997-ci ildən 60 yaşdan 80 yaşa qədər olan insanlarda gəzinti sürətini öyrəniblər. Alınan nəticələrin təhlili göstərib ki, insan 70 yaşında saniyədə 1,5 metrlik yeriş sürətini saxladığı təqdirdə, uzunömürlülüyə ümid edə bilər.

Əgər bu yaşda insan özünə adət edilmiş yerişin tempində saniyədə yarım metrdən az məsafə qət edirdisə, onun daha 10 il yaşayacağı ehtimalı yalnız 15-35% təşkil edib. Bu göstərici kişilərdə qadınlara nisbətən az olub. (Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Vurğun Əyyubun həkimi danışdı:

Sonrakı məqalə

Atası ilə küçədə zibil yığan qızcığaz məktəbə gətirilib –