“Sanksiyalar İranda insanların müalicə almaq hüquqlarını pozur”

- BMT-dən çağırış
12 Noyabr 2019 - 12:25

İran dərman çatışmazlığından əziyyət çəkən xəstələr barəsində sənədlər toplamalı və bu adamların ABŞ-ın sanksiyalarına görə əziyyətə duçar olduqlarını göstərməlidir.

Bu sözləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrandakı missiyasının rəhbəri Reto Stoker deyib.

O bildirib ki, sanksiyalar insanların müalicə olunmasına maneə olmamalıdır. ABŞ-ın İranın səhiyyə sisteminə qarşı tətbiq etdiyi sanksiyaları ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicə almasına imkan vermir. Onun sözlərinə görə İran dərman çatışmazlığından ölən xəstələr haqqında da sənədlər toplamalıdır.

R. Stoker səhiyyəyə qarşı sanksiyaların tətbiq olunmasının yolverilməz olduğunu bildirib.

Ötən gün BMT-nin xüsusi məruzəçisi İdris Cəzair də bildirib ki, onun təmsil etdiyi təşkilat İranda xəstələnən sadə vətəndaşların dərman çatışmazlığından ölməsi faktlarını qeydə alır. İ.Cəzair nəzərə çatdırıb ki, ABŞ-ın sanksiyaları nəticəsində İranda insanların sağlamlıq və keyfiyyətli müalicə almaq hüquqları pozulur(azərtac).