Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Sanksiyalar Rusiyanı İran və Venesueladan daha çox vuracaq”

User 06 İyul 2022 - 21:41 (Last updated: 21 May 2025 - 20:15)
3

Rusiya Qərbin sanksiyalarından İran və Venesueladan daha çox əziyyət çəkəcək.

Azpost.info xəbər verir ki, beynəlxalq iqtisadçıların bu proqnozunu “Business Insider” dərc edib.

Nomura Tədqiqat İnstitutunun iqtisadçısı Takaxide Kiuçi xatırladır ki, hər iki ölkə neftdən görünməmiş mənfəət əldə edirdi, lakin sanksiyalardan sonra hasilatı əhəmiyyətli dərəcədə azaltmağa məcbur oldular.

“Xarici sərmayələrin ölkəni kütləvi şəkildə tərk etməsindən Rusiya neft sənayesinin də zərər görəcəyi ehtimal edilir. Rusiya İran və Venesueladan da çox əziyyət çəkə bilər, çünki ona qarşı sanksiyaların əksəriyyəti ABŞ tərəfindən qoyulub. Bundan başqa, Britaniya Rusiya neftinin idxalına qadağa qoyub, Avropa İttifaqı ölkələri isə ilin sonuna qədər satınalmaların 90 faizini qadağan etməyə razılaşıblar”, – Kiuçi deyib.

“İran və Venesuelada neft hasilatı ABŞ sanksiyalarından sonra dayanıb. Buna görə də İran 2015-ci ilin iyulunda altı qüdrətli dövlətlə – ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya ilə sanksiyaların, yumşaldılması müqabilində nüvə proqramını məhdudlaşdırmaq üçün tarixi razılaşma əldə etdi. Sanksiyaların ləğvindən sonra İran neftinin ixracı 2016-cı ildə gündəlik 2 milyon, 2018-ci ildə isə 2,8 milyon barelə yüksəlib”, – yazıda qeyd olunur.

Azpost.info

Post navigation

Previous: “İğtişaşlar bir neçə il xarici qüvvələr tərəfindən hazırlanıb”
Next: DİN şəhid qardaşının döyülməsi ilə bağlı yayılan xəbəri təkzib edib

Oxşar xəbərlər

tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41

xƏBƏR

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb. “novinite.com”un xəbərinə görə, “Xoriv” (Khoryv) adlı gəmi...
Read more about Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.